Lamiyə Vəliyeva Paris-2024-də növbəti sınağına çıxıb.
Apasport.az xəbər verir ki, paraolimpiyaçımız bu dəfə 400 m məsafəyə qaçışda özünü sınayıb.
Təmsilçimiz 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Bu növ üzrə final mərhələsi isə sentyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, Vəliyeva bunadək Paris-2024-də 100 m məsafəyə qaçışda qızıl medal qazanıb.