Azərbaycanın paratleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
APA xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu təsnifat mərhələsində T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.76 saniyəlik nəticə göstərib.
O, finiş xəttini birinci keçib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lamiyə Vəliyeva həm də 11.81 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.