Pekin-2022: Azərbaycan idmançısının buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub

Pekin-2022:  Azərbaycan idmançısının buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub
# 07 fevral 2022 10:03 (UTC +04:00)

Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançısı Vladimir Litvintsevin buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.

O, sabah Bakı vaxtı ilə saat 5:22-də başlayacaq yarışa qatılacaq. Qısa proqramda 30 idmançı 5 qrupda buz üzərinə çıxacaq.

Litvintsev adətən ən zəiflərin yer aldığı 1-ci “altılıq”da bacarığını göstərəcək. O, sonuncu – 6-cı çıxış edəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi də buz üzərinə çıxacaqlar.

Qeyd edək ki, kişi fiqurlu konkisürənlərin sərbəst proqramı fevralın 10-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR