Bank Of Baku

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb
# 07 noyabr 2025 21:00 (UTC +04:00)

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.

Apasport.az saytının Ər-Riyad şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.

Xatırladaq ki, turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Ölkəmiz yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR