Bakı – APA. Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe bu gün Bakıya gəlib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, birgünlük səfər çərçivəsində britaniyalı qonaq Bakı Olimpiya Kompleksində Beynəlxalq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan "İnkişaf Naminə İdman" İB-nin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi məşq prosesinə baş çəkəcək və tədbir iştirakçıları ilə görüşəcək.
Qeyd edək ki, Lord Sebastian Koe 2012-ci il London Yay Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik edib.