Bakı – APA. Mayın 7-dən 11-dək təşkil olunacaq “Tour d'Azerbaidjan-2014” yürüşünə dünyanın müxtəlif ölkələrindən hər birinin heyətində 6 velosipedçi olmaqla 25 komanda iştirak edəcək. Apasport.az saytının xəbərinə görə, yarışın Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyasına layiq görülməsi yürüşdə Peşəkar Kontinental komandaların da iştirakına şərait yaradıb.
Azərbaycana gələcək 8 kollektiv – “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros
“Pro-Kontinental, həmçinin Kontinental velosiped komandalarını Azərbaycanda salamlamaqdan çox məmnunuq” – deyə, “Tour d'Azerbaidjan-2014” vüloyürüşünün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirib. O, yürüşün daha möhtəşəm olacağına inandığını söyləyərək, bu amilin yaxın gələcəkdə dünya velosiped idmanının ulduzlarına çevriləcək gənc velosipedçilər üçün yaxşı şans olduğunu sözlərinə əlavə edib.
Ələkbərov bəzi iştirakçı komandaların Azərbaycana “Türkiyə Turu”nda iştirak etdikdən sonra gələcəyini vurğulayıb və deyib ki, Yaxın Şərqdə təşkil edilən yarışlar silsiləsi bizə öz bacarıqlarımızı üzə çıxarmağa, həmçinin ölkəmizin gözəlliyini və inkişafını hamıya göstərməyə imkan yaradır.
Yarışda iştirak edəcək 16 kontinental komanda isə bunlardır: “Itera-Katusha” (Rusiya), “Continental Team Astana” (Qazaxıstan), “Kolss Cycling Team” (Ukrayna), “Alpha Baltic-Unitymarathons.com” (Latviya), “An Post-Chain Reaction” (Irlandiya), “Team La Pomme Marseille 13” (Fransa), “Adria Mobil” (Sloveniya), “Development Team Giant-Shimano” (İsveç), “China Huasen Cycling Team” (Çin Xalq Respublikası), “Rapha Condor JLT” (Böyük Britaniya), “Leopard Development Team” (Luksemburq), “Gebrüder Weiss-Oberndorfer” (Avstriya), “Torku Sekerspor” (Türkiyə), “Tusnad Cycling Team” (Rumıniya), “Rad-Net Rose Team” (Almaniya) və “Synergy Baku Cycling Project” (Azərbaycan). Bundan başqa, Avstraliyanın milli komandası da “Tour d'Azerbaidjan-2014”də mübarizə aparacaq.
Planetin 22 ölkəsini təmsil edən bu komandaların tərkibində ümumilikdə 150 velosipedçi çıxış edəcək.