Bank Of Baku

“Associated Press” azərbaycanlı və britaniyalı güləşçinin idman həyatını müqayisə edən material dərc edib

“Associated Press” azərbaycanlı və britaniyalı güləşçinin idman həyatını müqayisə edən material dərc edib
# 16 iyun 2015 08:04 (UTC +04:00)

APA-nın məlumatına görə, məqalədə qeyd edilir ki, Mariya Stadnik və baldızı Birinci Avropa Oyunlarına qatılıblar: “Hər iki qadın əslən Ukraynadandır və peşəkar güləşçidir. Lakin onların Birinci Avropa Oyunlarında iştirak təcrübələri tamamilə fərqlidir. Stadnik neftlə zəngin, güləşə xüsusi qayğı göstərən Azərbaycanda yüksək səviyyəli idman obyektlərində məşq keçir. Yana Rattiqan isə Britaniya vətəndaşı olaraq, bir neçə işdə çalışaraq, güləş karyerasını qorumağa çalışır. 2012-ci il London Olimpiya Oyunlarından sonra Britaniya güləş üçün maliyyəni dayandırıb”. 

 
Yana Rattiqan oyunlara  fiziki baxımdan yorğun və diz zədəsi ilə gəldiyi üçün birinci mərhələdə məğlub olub. O, “Associated Press”in müxbirinə belə deyib: “Mənim iş saatım 04.30 başlayır və 23.00-dək davam edir. Bütün günü bir neçə işin dalınca qaçıram. İndi əsl istirahətdəyəm”.

 
Məqalənin müəllifi bildirir ki, Rattiqan Bakıya gəlməsəydi, Britaniyada küçələrdə ətir nümunələri satmağa davam edərdi.

 

“Ətir istəyirsiniz?” Bu mənəm?” deyərək Rattiqan gülərək AP-in müxbirinə bildirib: “Britaniya hökumət agentliyi “UK Sport” London Olimpiyasına güclü komanda hazırlamaq üçün pul ayırmışdı, lakin daha sonra güləşə və idmanın digər növlərinə ayrılan pullar kəsildi. Belə görünür ki, idman ölür və bu, çox acınacaqlıdır”. 
                     
Məqalədə Rattiqan və Stadnikin Ukraynanın Lvov şəhərində doğulub böyüdükləri, lakin müxtəlif istiqamətlərdə hərəkət etdikləri deyilir: “Stadnik Azərbaycan dövlətinin maliyyələşdirdiyi idman sisteminin xarici əslli idmançılarından biri olduğu halda, Rattiqan britaniyalı güləşçi Leon Rattiqanla evlənib və orada idmanla məşğuldur. Rattiqandan fərqli olaraq, M.Stadnik qızıl medal sahibi olandan sonra xoşbəxtlikdən göyün yeddinci qatında olduğunu deyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan qızıl medalı qəbul edən Yana Stadnik fəxarət hissi ilə Azərbaycanın himnini oxuduğunu bildirib. 
 
Məqalədə bildirilir ki, bütün günü ailəsini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olan Yana Rattiqan güləş və geniş mənada idman vasitəsilə Britaniya gənclərini problemlərdən və digər neqativ fəaliyyətlərdən kənar tutmağa kömək etməyi düşünür: “Britaniya bir əsr əvvəl güləş üzrə aparıcı dövlətlərdən biri idi. Amma onun sonuncu Olimpiya medalı 1984-cü ilə təsadüf edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR