Bank Of Baku

“Bədən tərbiyəsi və idman haqqında” qanuna kütləvi idman tədbirləri və idman yarışları ilə bağlı əlavə və dəyişiklik edilir

“Bədən tərbiyəsi və idman haqqında” qanuna kütləvi idman tədbirləri və idman yarışları ilə bağlı əlavə və dəyişiklik edilir
# 14 aprel 2015 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, mövcud dəyişikliklər əsasən I Avropa Oyunları ilə bağlıdır: “Azərbaycanda keçiriləcək Avropa Oyunlarına hazırlıq və bu tədbirin keçirilməsi ölkə başçısı İlham Əliyevin xüsusi diqqəti sayəsində Heydər Əliyev Fondunun prezidenti, Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın söylədiyi kimi, yüksək səviyyədə təşkil olunacaq. Bunun üçün mövcud qanunvericilik təftiş olundu dünya təcrübəsi öyrənildi, bu tipli oyunların keçirilməsi ilə bağlı faktiki duruma baxış keçirildi və nəhayət, Azərbaycan prezidentinin imzası ilə Milli Məclisə müvafiq qanun layihəsi daxil oldu”.

 

Dəyişikliyə əsasən, qanunun 40.5-ci maddəsi (bədən tərbiyəsi-sağlamlıq tədbirləri və idman yarışlarının keçirilməsi zamanı yarış iştirakçılarının, tamaşaçılarının təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsini müvafiq icra hakimiyyəti orqanı və tədbirlərin iştirakçıları həyata keçirir) ləğv edilir. Qanuna yeni 40-1-ci maddə (Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi) əlavə edilir. Yeni maddəyə görə, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədilə aşağıdakı şəxslərin və əşyaların buraxılmasına yol verilmir:

 

- İdman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və onu əvəz edən digər sənədi olmayan şəxslər;

 

- Sifətini maska ilə gizlədən şəxslər;

 

- Şəxsi baxışdan və üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər;

 

- Bütün növ alkoqollu içkilər; narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələr; soyuq, odlu, qaz və digər tipli silahlar, silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına oxşar vasitələr; pirotexniki vasitələr; insanların həyatına və sağlamlığına təhlükə törədən, fiziki və hüquqi şəxslərə maddi ziyan vuran, kütləvi idman tədbirlərinin keçirilməsinə maneə yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış vasitələr;

 

- Məzmunu ictimai qaydanı, vətəndaşların hüquq və qanuni maraqlarını pozmağa yönəlmiş, eləcə də zorakılığın, irqi, milli və dini ayrı-seçkiliyin, müharibənin təbliği ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar, transparantlar və başqa vasitələr;

 

- Sərxoş, habelə narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olanlar;

 

- Kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik tərədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər, qrup şəklində ifrat azarkeşlik edən şəxslər.

 

Yeni maddədə o da bildirilir ki, vətəndaşların şəxsi baxışını və onların üzərindəki əşyaların yoxlanılmasını ictimai asayişi təmin edən şəxslər xüsusi texniki vasitələrlə həyata keçirirlər. Şəxsi baxış yalnız həmin şəxslə eyni cinsdən olan şəxslər tərəfindən həyata keçirilir.

 

Maddədə həmçinin deyilir:

 

“Kütləvi idman tədbirlərini həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə aşağıdakılar qadağandır:

 

- Açıq odlu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək, narkotik maddələrdən, psixotrop maddələrdən, onların analoqlarından, habelə toksik təsir edən maddələrdən istifadə etmək;

 

- Sifəti maska altında gizlətmək;

 

- Plakatlardan və digər vasitələrdən istifadə etməklə, eləcə də çıxışları və fəaliyyətləri ilə zorakılığı, dini, milli, irqi ayrı seçkiliyi və müharibəni təbliğ etmək;

 

- Kütləvi idman tədbirlərinin keçirilməsi zamanı xidmət vəzifələrini yerinə yetirən şəxslərə, tədbir iştirakçılarına və tamaşaçılara hər hansı formada mane olmaq, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətin həyata keçirilməsinə imkan verməmək;

 

- Kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi qaydalarını başqa fəaliyyətlərlə pozmaq, bu işə digər şəxsləri cəlb etmək”.

 

Əlavədə o da bildirilir ki, yeni maddənin yuxarıda qeyd olunan tələblərini şəxslər biletlərin dəyəri ödənilmədən ərazilərdən kənarlaşdırılır, Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.

 

Qanunun 52.10-cu maddəsinə edilən əlavədə isə qeyd olunur ki, Olimpiya, paraolimpiya, Avropa oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı – ayrı zonalarda yerləşdirilməsi təmin edilir. Giriş biletlərinin saxtalaşdırılması və təşkilatçı tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR