Bakı. Məlahət Nəcəfova - APA. “Jerusalim Post” qəzetində I Avropa Oyunlarında ritmik gimnastika üzrə İsrail komandasının gümüş medal qazanması ilə bağlı yazı dərc edilib.
APA-nın məlumatına görə, yazıda komanda üzvlərinin yaxşı nəticə göstərərək yalnız Rusiyadan geri qaldıqları bildirilir.
“Biz qazandığımız nailiyyətdən qürur duyuruq. Heç zaman medal barədə deyil, daha yaxşı oyun nümayiş etdirmək haqqında düşünmüşük”, - deyə İsrailin ritmik gimnastika üzrə yığmasının baş məşqçisi Koşevatskiy bildirib.
Yazıda həmçinin qeyd olunub ki, Avropa oyunlarında İsrail yığmasının üzvləri - güləşçi İlana Kratiş gümüş, atıcı Sergey Riçer isə bürünc medal qazanıb.