Bank Of Baku

"Amnesty International": Təşkilat I Avropa Oyunlarını boykot etməyə çağırmayıb - VİDEO

"Amnesty International": Təşkilat I Avropa Oyunlarını boykot etməyə çağırmayıb - <span style="color: red;">VİDEO
# 06 mart 2015 11:46 (UTC +04:00)

Bakı-APA. "Amnesty International" Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.

 

APA-nın xəbərinə görə, bunu "Amnesty International"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib.

 

Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: "Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".

 

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lər "Amnesty International"ın  Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırması barədə məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR