Bakıda iyunun 23-dən 25-dək keçiriləcək "Formula-1" Bakı Qran Prisi ilə bağlı tədbirlər planı hazırlanıb.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O qeyd edib ki, nazirlik mədəni tədbirlər təşkil edəcək: "Bizim müəssisələr çalışacaq, lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər “Formula-1”in özündədir. Yarılar zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramında iştirak edəcək sənətçilərə insanların marağı daha çox olacaq. Bu da öz növbəsində ölkəyə gələcək turist sayının artımına təsir göstərmiş olacaq".