Rio-2016: IX gün üçün Azərbaycan idmançılarının təqvimi

 Rio-2016: IX gün üçün Azərbaycan idmançılarının təqvimi
# 13 avqust 2016 05:22 (UTC +04:00)

Bakı-APA. Braziliyada Yay Olimpiya Oyunları davam edir.

 

Apasport.az saytının məlumatına görə, mötəbər yarışın IX günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək.

 

Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxacaq. O, 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq.

 

Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.

 

Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.

 

Boks

1/8 final

02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)

 

Güllə atıcılığı

25 m, II təsnifat mərhələsi

16:00. Ruslan Lunyov

 

Velospied idmanı

Keyrin

I mərhələ

17:00. Olqa İsmayılova

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR