Bakı-APA. Böyük Britaniya yığmasının lideri Adam Piti brass üsulu ilə 100 m məsafəyə üzməkdə yeni dünya rekordu müəyyən edərək (57,13 s) Olimpiya çempionu olub.
APA-nın məlumatına görə, gümüş medalı Cənubi Afrika Respublikasının nümayəndəsi Kameron van der Burq qazanıb. Üçüncü yeri ABŞ üzgüçüsü Kodi Miller tutub.
Bununla da Adam Piti avqustun 6-da Olimpiadada müəyyən etdiyi dünya rekordunu (57,55) təzələyib.
Qeyd edək ki, bundan əvvəl isveçli üzgüçü Sara Şestryöm batterflay üsulu ilə 100 m məsafəyə üzməkdə (55,48 s) , ABŞ təmsilçisi Keti Ledeki isə sərbəst üsul ilə 400 m məsafəyə üzməkdə (03.56,46) yeni dünya rekordu müəyyən edərək Olimpiya çempionu olub.