Bank Of Baku

APA: Ermənilərin və onların əlaltılarına Bakı 2015 haştaqını ələ keçirməyə imkan verməyin

APA: Ermənilərin və onların əlaltılarına Bakı 2015 haştaqını ələ keçirməyə imkan verməyin
# 12 iyun 2015 15:33 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, təşkilat öz çağırışında təklif edib ki,  bütün QHT-lər kampaniyaya  12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 19:00-da qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində  Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb.  Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın.

 

Tam dəqiq məlumatlara görə, Avropa oyunlarının açılış mərasimi başlaya zaman ermənilər də Bakı 2015 haştaqına (#Baku2015) hücum planlaşdırıblar.

 

APA Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.

 

Bunun qarşısını almaq üçün Bakı 2015 haştaqı ilə Azərbaycan və 1-ci Avropa Oyunları haqqında pozitiv məlumatların yerləşdirilməsi və paylaşılması lazımdır.

 

Məlumat üçün bildirək ki, kampaniya I Avropa  Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015, #BigBaku, #EuropeanGames Hashtag-larında aparılacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR