APA-nın məlumatına görə, Baş Asssambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edəcək.
Toplantıda AOK-un prezidenti Patrik Hikki, AOK-un baş katibi Rafaele Pagnozzini, BOK-un baş katibi Gunilla Lindberg, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrlərinin hesabat məruzələri ilə çıxış etmələri nəzərdə tutulub.
Ümumi assambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spyros Capralosun “Bakı-2015” məlumatı və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da assambleyanın gündəliyinə daxildir. Asssambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Norivski” adına mükafatlar təqdim olunacaq.
Baş Assambleyadan bir gün əvvəl - noyabr ayının 20-də “Fairmont Baku Flame Towers” otelində AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək.