Bank Of Baku

Avropa Oyunlarının açılış mərasimi Misirdə geniş işıqlandırılıb

Avropa Oyunlarının açılış mərasimi Misirdə geniş işıqlandırılıb
# 15 iyun 2015 00:48 (UTC +04:00)

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, xəbərlərdə on yeddi gün davam edəcək İlk Avropa Oyunları haqqında məlumat verilərək, sözügedən oyunlarda əlli Avropa ölkəsindən altı min idmançının iyirmi idman növü üzrə iki yüz əlli üç medal uğrunda mübarizə aparacaqları bildirilib.

 

Avropa Olimpiya Komitəsinin 2012-ci ildə İlk Avropa Oyunlarının Azərbaycan tərəfindən ev sahibliyi etməsinə dair razılığının əldə edilməsi, sözügedən yarışlarda müxtəlif idman növlərinin (kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və sair) keçiriləcəyi, yeni tikilən Bakı stadionunun 65 min azarkeş üçün nəzərdə tutulduğu barədə məlumatlar öz əksini tapıb.

 

Məlumatda həmçinin, Azərbaycanın Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında dünyanın 200 ölkəsi arasında 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri, 2014-cü ildə Çinin Nanjinq şəhərində 29 idman növü üzrə gənclər arasında keçirilmiş yarışlarda 200-dən artıq ölkənin iştirak etdiyi II Olimpiya Oyunlarında isə dünya ölkələri arasında 10-cu yeri tutması da qeyd olunub.

 

Bakı-2015 İlk Avropa Oyunlarının açılışında Misiri ölkə prezidenti Əbdülfəttah Sisinin adından Gənclər və İdman naziri Xalid Əbdüləziz Misiri təmsil edib. Səfərini başa vuran nazir İlk Avropa Oyunları haqqında Misir mətbuatına  açıqlama verib. Nazir Azərbaycanda Bakı-2015 İlk Avropa Oyunlarının uğurlu keçməsi üçün güclü təşkilatçılıq nümayiş etdirdiyini xüsusi şəkildə vurğulayıb.

 

Azərbaycanın idmana xüsusi önəm verdiyini vurğulayan X.Əbdüləziz Bakı-2015 İlk Avropa Oyunlarında 49 Avropa ölkəsindən 6 min idmançının 20 idman növü üzrə yarışlarda iştirak etdiyini bildirib. Paytaxt Bakıda Milli stadionda İlk Avropa Oyunlarının açılışında müxtəlif ölkə və hökumət başçılarının iştirak etdiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR