Bakı-APA. İyunun 12-də İlk Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Metro stansiyalarının qarşısında xüsusi ekspress avtobuslarla Milli Olimpiya Stadionuna gətiriləcək tamaşaçılara bir sıra qaydalara riayət etmələri tövsiyə olunur.
İyunun 12-də I Avropa Oyunlarının açılış mərasimində tamaşaçılar bir əlində bilet, bir əlində şəxsiyyət vəsiqəsini yoxlama aparatının üzərinə qoyacaqlar. Qapılar açılacaq və siz içəri daxil olacaqsınız.
Burada tamaşaçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar. Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən gəlmək tövsiyə olunur. "Tamaşaçılar avtobuslara minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq.
Milli Stadion Qərargahının rəhbəri Səhlab Bağırov deyir ki, quraşdırılmış aparatlar hava limanındakı kimidir: İçəri keçəndən sonra bizim könüllülər tamaşaçılara istiqamətlər göstərirlər. Orada müəyyən adamlara yaxınlaşıb biletlərin nömrələrini, sektorların nömrələrini göstərib öz yerlərini öyrənə bilərlər”.
Stadiona gələn şəxslər üçün qadağan edilmiş davranışların siyahısı hazırlanıb. Belə ki tamaşaçılara
a) sosial, irqi, cinsi, dini , milli, dövlətlərarası nifrət oyandırmaq məqsədi daşıyan istənilən hərəkət etmək;
b) müəyyən edilmiş sahələrdən kənarda siqaret çəkmək;
c) yol nəqliyyatı qaydalarına və yol nəqliyyatı nizamlayıcılarının tələblərinə tabe olmamaq;
d) icazə verilməmiş aksiyalar təşkil etmək, vərəqlər, bukletlər və nəşrlər, təşviqat materiallarını və geyim əşyalarını qanunsuz paylamaq qadağandır.
Açılış mərasiminə gələn tamaşaçılara bəzi əşyaları özləri ilə götürmək yasaqlanıb. Qadağan olunmuş əşyaların siyahısı buraxılış və yoxlamanın həyata keçirildiyi girişlərdə qoyulacaq.
Səhlab Bağırovun sözlərinə görə, tamaşaçılar özləri ilə kiçik dəsmal və kiçik bayraqlar götürə bilər: “Həcmi 30 sm-dən hündür olan çantalar götürmək olmaz. Elə bir çanta götürmək lazımdır ki, öz yanında saxlaya biləsən 100 ml qramdan artıq ətir qabları götürmək olmaz. Kəsici, deşici alət, silah kimi istifadə olunan hər hansısa bir əşya, eləcə də dərman topluları götürmək olmaz”.
Bundan başqa stadiona partlayıcı maddələr, silah və hərbi sursatlar, qazlar, tezalışan mayelər, zəhərli maddələr, şüşə butulkalar, velosipedlər, skutlerlər, lazer şüalı cihazlar, lisenziyasız simsiz cihazlar, heyvanlar, çətirlər, bayraqları saxlamaq üçün sərt dirəklər, dini, siyasi, təxribat xarakterli və əxlaqa zidd məzmunlu çap materialları və istənilən növ reklam materialları, spirtli içkilər gətirmək qadağandır.
Stadion ərazisində su satışı təşkil olunacaq. Buna görə də, tamaşaçılar özləri ilə su gətirməyə bilər.
16 yaşı tamam olmayan uşaqlar tək buraxılmayacaq. Onlar heç avtobusa da buraxılmayacaq. Ona görə də belə uşaqlar stadiona böyüklərinin müşayiəti ilə gəlməlidirlər.
İyunun 6-da stadionda növbəti sınaq keçiriləcək. Sınaqda 35 min insanın iştirakı nəzərdə tutulub. Sınaq tədbirində şəkil və hər hansı video çəkən şəxsləri isə cərimə gözləyir.
Səhlab Bağırov bildirib ki, təhlükəsizliyin qorunması üçün bütün xüsusi xidmət orqanlarından əməkdaşlar cəlb olunub.
Qeyd edək ki, stadionda 120 yoxlanış məntəqəsi quraşdırılıb. Yarış və qeyri-yarış obyektləri, qonaqların qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Avropa Oyunlarının açılış mərasiminə gedəcək tamaşaçılar üçün qaydalar - VİDEO
Olimpiada
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib