Bank Of Baku

Azad Rəhimov: “İdman dünyanı dəyişməyə qadirdir və biz bu baxışa sadiq qalmağa çalışırıq”

Azad Rəhimov: “İdman dünyanı dəyişməyə qadirdir və biz bu baxışa sadiq qalmağa çalışırıq”
# 13 iyun 2015 09:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bakı-2015 Birinci Avropa Oyunlarına hazırlıqla bağlı Bakı bulvarı yenidən qurulub. Eyni zamanda yarışa hazırlıq prosesində kadrlar hazırlanıb və bu kadrlar sonradan böyük idman tədbirlərinin təşkilində iştirak edəcəklər”.

 

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, Avropa Oyunları ilə əlaqədar mədəniyyətlər və idman sahələri bir araya gəlib: “Xüsusən gənclər bu idman tədbirindən böyük faydalar əldə edir. Azərbaycan demoqrafik baxımdan Avropada ən gənc ölkələrdən biridir, oyunlara hazırlıq zamanı onların potensialı artır. 18 min gənc Avropa Oyunlarına könülü qismində qoşulub. Gələcəkdə könüllülük inkişaf edəcək. 1900-dan çox kadr Beynəlxalq Olimpiya Komitəsində işə cəlb olunub, onların çoxu azərbaycanlıdır. “Bakı-2015 Birinci Avropa Oyunları Azərbaycanı daha da zənginləşdirəcək, motivasiya, vərdişlərin inkişafı baxımından mühüm olacaq, yeni təcrübələr əldə ediləcək. “Formula1” yarışları, İslam Həmrəylik Oyunları və Avropa çempionatının oyunları zamanı bu vərdiş və təcrübədən istifadə ediləcək”.

 

Birinci Avropa Oyunlarının turizmin inkişafına dəstəyindən danışan A. Rəhimov nəzərə çatdırıb ki, İçərişəhər və muğam UNESCO-nun mədəni irsinə daxil edilib: “Bu sahədə işləri UNESCO-nun səfiri kimi Mehriban Əliyeva Birinci Avropa Oyunları zamanı da həyata keçirib. UNİCEF 2015-ci ili “Gənclər və uşaqlar ili“ elan edib. Proqrama əsasən Azərbaycanda müxtəlif tədbirlər keçirilir, gənc nəslə idmanın onların həyatında oynayacağı rol barədə məlumat verilir. Bu həftə müxtəlif ölkələrdən olan gənclərlə birgə tədbir də keçirilib”.

 

A. Rəhimov qeyd edib ki, ölkələrin sosial inkişafı və bu inkişafın idman vasitəsilə baş verməsi çox əhəmiyyətli hadisədir: “Biz uzunmüddətli sosial inkişafa nail olmağa çalışırıq. İdman dünyanı dəyişməyə qadirdir və biz bu baxışa sadiq qalmağa çalışırıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR