Bank Of Baku

Budapeştdə "Bakı-2015" I Avropa Oyunlarının təqdimatı keçiriləcək

Budapeştdə "Bakı-2015" I Avropa Oyunlarının təqdimatı keçiriləcək
# 20 fevral 2015 11:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov Macarıstana rəsmi səfər edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, A. Rəhimov bu gün Macarıstanın paytaxtı Budapeştdə I Avropa Oyunlarının təqdimat mərasimində iştirak edəcək.

 

A. Rəhimov görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.

 

I Avropa Oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində Azərbaycanın mədəniyyətini, tarixini və adətlərini, I Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən videoçarx nümayiş olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR