Bank Of Baku

Azərbaycan qadın güləşçisi Natalya Sinişin I Avropa Oyunlarının bürünc medalını qazanıb - VİDEO

Azərbaycan qadın güləşçisi  Natalya Sinişin I Avropa Oyunlarının bürünc medalını qazanıb - <span style="color: red;">VİDEO
# 15 iyun 2015 17:10 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ukraynalı Tatyana Kitlə güləşən Sinişin cütün taleyini vaxtından əvvəl həll edib – 10:0.  

 

 

Natalya Sinişin mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.

 

Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirib. Ukraynalı Tatyana Kitlə güləşən Sinişin cütün taleyini vaxtından əvvəl həll edib – 10:0. Onun qazandığı bürünc medalla da millimizin hesabındakı mükafatların sayı 16-ya (7-2-7) çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR