Bank Of Baku

Azərbaycan millisi Avropa Oyunları çərçivəsində keçirilən karate yarışlarının qalibi olub

Azərbaycan millisi Avropa Oyunları çərçivəsində keçirilən karate yarışlarının qalibi olub
# 14 iyun 2015 16:59 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yığmamız iki gün davam edən bu döyüş növündəki qeyri-rəsmi komanda hesabında bütün rəqiblərini arxada qoyub.

 

12 dəst medalın sahibini tapdığı yarışda millimiz 4 qızıl və 2 gümüş əldə edib. Yığmamızın üzvlərindən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), İrina Zaretska (68 kq) və Ayxan Mamayev (84 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Niyazi Əliyevlə (67 kq) İlahə Qasımova (55 kq) 3-cü olmağı bacarıb.

 

Türkiyə millisi daha çox - 9 medal qazansa da, mükafatların əyarına görə yığmamızdan geri qalıb.  Medal sıralamasında 3-cü yeri Fransa tutub.

 

Qeyd edək ki, karate yarışlarında 12 ölkə təmsilçiləri ilk "üçlüy"ə düşə bilib.

 

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Azərbaycan

4

0

2

6

2

Türkiyə

3

2

4

9

3

Fransa

2

2

1

5

4

İspaniya

2

0

0

2

5

Xorvatiya

1

1

1

3

6

İtaliya

0

3

0

3

7

Avstriya

0

2

0

2

8-9

Almaniya

0

1

0

1

 

Yunanıstan

0

1

0

1

10

Makedoniya

0

0

2

2

11-12

Monteneqro

0

0

1

1

 

Rusiya

0

0

1

1

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR