Bank Of Baku

Azərbaycan prezidenti Tomas Baxı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti Tomas Baxı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbrik edib
# 11 sentyabr 2013 13:33 (UTC +04:00)

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

 

Bu məsul vəzifəyə seçkilərdə qazandığınız dəstək beynəlxalq idman ictimaiyyəti tərəfindən Sizə böyük etimadın ifadəsi, Olimpiya hərəkatının inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

 

Bu gün Azərbaycanla Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluq hissi ilə qeyd etmək istərdim. İnanıram ki, Olimpiya ideallarının təntənəsi naminə əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR