Bank Of Baku

Azərbaycan taekvondoçusu yarımfinala çıxıb

Azərbaycan taekvondoçusu yarımfinala çıxıb
# 19 iyun 2015 12:32 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

 

Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunur.

 

Kişilər arasında +80 kq çəki dərəcəsində Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) 8:6 hesabı ilə məğlub edərək, 1/2 finala vəsiqə qazanıb.

 

 

Qadınlar arasında +67 kq  çəkidə 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə ukraynalı Marina Koniyeva ilə qarşılaşıb və məğlub olub – 4:10. Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək

.

 

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR