Bank Of Baku

Azərbaycan yığmasının 2 üzvü ¼ finala vəsiqə qazanıb - FOTOSESSİYA

Azərbaycan yığmasının 2 üzvü ¼ finala vəsiqə qazanıb - <span style="color: red;">FOTOSESSİYA
# 18 iyun 2015 08:08 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu gün daha 2 dəst medal öz sahibini tapacaq.

 

80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və qələbə qazanıb - 12:0. Milad 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələcək.

 

67 kq çəki dərəcəsində Azərbaycanın gənclər arasında dünya çempionu Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb - 2:0. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşəcək.

 

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

 

Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR