Bank Of Baku

Azərbaycan yığmasının üzvü qızıl medalın sahibi olub - FOTOSESSİYA

Azərbaycan yığmasının üzvü qızıl medalın sahibi olub - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2015 16:33 (UTC +04:00)

APA-nın məlumatına görə, karate üzrə 75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən yığmamızın lideri Rafael Ağayev bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionu debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb.

 

Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. O, qızıl medal uğrunda italiyalı Luici Busa ilə görüşüb və 1:0 hesabı ilə qələbə qazanıb.

 

Yarışlar başa çatdıqdan sonra qaliblərin təltif olunması mərasimi keçirilib. Rafael Ağayevə qazandığı qızıl medalı Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR