Bank Of Baku

Azərbaycan yığmasının üzvü yarımfinalda məğlub olub

Azərbaycan yığmasının üzvü yarımfinalda məğlub olub
# 16 iyun 2015 14:22 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qadınlar arasında 49 kq çəkidə Azərbaycanı təmsil edən Patimat Abakarova yarımfinalda məğlub olub. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı P. Abakarova əvvəlcə rusiyalı Aleksandra Liçaqina ilə görüşüb və qalib gəlib -  7:1.

 

O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb. Görüş taekvondoçumuzun qələbəsi ilə başa çatıb. 20 yaşlı idmançı özündən 8 yaş böyük olan Avropa çempionunu 4:2 hesabı ilə məğlub edib.

 

 

Patimat yarımfinalda serbiyalı Tiyana Boqdanoçivlə qarşı-qarşıya gəlib və 6:7 hesabı ilə uduzub. O, bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR