Bank Of Baku

Azərbaycanda I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

Azərbaycanda I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb
# 17 yanvar 2013 16:16 (UTC +04:00)

 

APA-nın xəbərinə görə, prezidentin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

 

Müvafiq dövlət qurumlarının rəhbərləri və Olimpiya çempionlarının təmsil olunduğu Təşkilat Komitəsinə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.

 

Sərəncama əsasən, Azərbaycan Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR