Bakı – APA. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilib:
Abdullayev Namiq Yədulla oğlu
Eyvazov Məmməd Fətəli oğlu
Hətəmov Rəhman Süleyman oğlu
Məmmədov Ceyhun Məhəmməd oğlu.