Bank Of Baku

Azərbaycanla Yunanıstan arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanla Yunanıstan arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
# 21 aprel 2016 12:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Yunanıstanda səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu ökənin Mədəniyyət və İdman Nazirliyində görüş keçirib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Sonda idman sahəsində müqavilə-hüquq bazasını gücləndirmək məqsədilə Yunanıstan tərəfinin təqdim etdiyi “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

 

Memorandumun yekunu olaraq hər iki ölkənin idman və Olimpiya müəssisə və təşkilatları arasında idman və Olimpiya hərəkatı sahəsində mübadilələr daha da inkişaf etdiriləcək. Eyni zamanda, sənəd idmançıların səviyyəsinin yüksəlməsinə dəstək olması üçün dünya və Avropa çempionatlarında, beynəlxalq idman tədbirlərində milli komandaların optimal iştirakının həyata keçirilməsində idman sahəsində çox zəngin təcrübəyə malik yunan idmançıları ilə ümumi təlimlərin təşkilini də özündə əks etdirir.

 

Səfər çərçivəsində A. Rəhimov Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən təşkil edilmiş, Heydər Əliyev haqqında kitabın yunan dilində təqdimat mərasimində də iştirak edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR