Bank Of Baku

Bakı-2015: Azərbaycan yığmasının bayraqdarı müəyyənləşib - VİDEO - FOTO

Bakı-2015: Azərbaycan yığmasının bayraqdarı müəyyənləşib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 11 iyun 2015 10:26 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qitədə ilk dəfə keçiriləcək yarışda üçrəngli bayrağımızı cüdo üzrə dünya çempionatının gümüş medalçısı, Avropa çempionu Elmar Qasımov daşıyacaq.

 

Bu barədə jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. O bildirib ki, sabah açılış mərasimində ən möhtəşəm komanda bizim olacaq: “Say etibarı ilə ikinci olsa da, bu yarışda ən böyük komanda bizik. Bu gün yeni mərasimin təməl daşını qoyuruq. Qərara gəlmişik ki, Azərbaycanın bayrağını burdan başlayaq. Bayrağımız məhz burda bayraqdara təqdim olunacaq”.

 

Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizi təmsil edən hər bir idmançıya uğurlar arzuladıqdan sonra, onların göstərilən etimadı doğruldacaqlarına inam ifadə edib.

 

Sidney-2000-də bayraqdarımız olan Namiq Abdullayev isə bildirib ki, Bakı-2015-in paytaxtımızda keçirilməsi Azərbaycan xalqı üçün mühüm hadisədi: “Mən də ölkəmizin bayrağını dalğalandırmışam. Sevinirəm ki, həmin bayrağı apardığım yarışda Olimpiya çempionu olmuşam. İndiki bayraqdarımızın da bu nəticəni təkrarlamasını arzu edirəm”.

 

Ardınca Hüseynzadə Azərbaycan bayrağını “Neftçi” İdman Klubunun üzvü Qasımova verib. Cüdoçumuz rəmzi buradan Atletlər kəndinə aparacaq.

 

Mundialın finalında güləşən təcrübəli cüdoçumuz 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionu titulunu qazanıb. O, həmçinin “World Masters”, Qran-pri və digər turnirlərdə də qalib adına layiq görülüb. London Olimpiadasının iştirakçısı olan Qasımovum aktivində qitə çempionatının gümüş və bürünc medalları da var.

 

Qeyd edək ki, Avropa Oyunlarınadək - Yay Olimpiya Oyunlarında bayraqdarımız əsasən Olimpiya çempionları olub. Hətta Olimpiadalarda əvvəlki yarışların qalibinin bu vəzifəni icra etməsinə təsadüf edilib. Barselona-1992-nin qalibi Nazim Hüseynov, Afina-2004-ün çempionu Fərid Mansurov, Pekin-2008-in qızıl mükafatının sahibi Elnur Məmmədli növbəti yarışlarda ölkəmizin bayrağını daşıyıb. Onlardan başqa, Namiq Abdullayev Sidney-2000-də, Nizami Paşayev Afina-2004-də bayraqdarımız olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR