Bank Of Baku

Bakı-2015: Bolqarıstan yığması Bakıya gəlib

Bakı-2015: Bolqarıstan yığması Bakıya gəlib
# 03 iyun 2015 07:47 (UTC +04:00)

Bakı – APA. Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Bolqarıstan milli komandası artıq Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, şərqi avropalılar məşqçilər Palmi Rançev və Mixail Tankovun rəhbərliyi altında paytaxtımızda 9 boksçu ilə məşq keçirlər.

 

81 kq çəki dərəcəsində mübarizə aparan Radoslav Panteleyev apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində 1-ci yerə layiq görülüb. Tinko Banabakov da (49 kq) həmin yarışda mükafatçılar sırasına daxil olub. O, yalnız finalda rusiyalı Bator Saqaluyevə uduzaraq, 2-ci yerə layiq görülüb.

 

Banabakov “Cristal Hall”da keçirilən yarışda milli komandamızın üzvü Salman Əlizadədən də üstün olmuşdu. 69 kq çəki dərəcəsində çıxış edən Simeon Çamov da komandanın təcrübəli üzvlərindəndi. O, hələ 2009-cu ildə Milanda keçirilən dünya çempionatında iştirak edib. 


49 kq. Tinko Banabakov 
52 kq. Daniel Asenov 
56 kq. Stefan İvanov 
60 kq. Elian Dimitrov 
64 kq. Ayrin İsmetov 
69 kq. Simeon Çamov 
81 kq. Radoslav Pantaleyev 
91 kq. Kristiyan Dimitrov 
+91 kq. Petr Belberov

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR