Bank Of Baku

Bakı-2015: I Avropa Oyunlarında iştirak edəcək 10 ölkənin idmançıları Bakıya gəlib - FOTO - VİDEO

Bakı-2015: I Avropa Oyunlarında iştirak edəcək 10 ölkənin idmançıları Bakıya gəlib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 iyun 2015 01:13 (UTC +04:00)

APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında  “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

 

Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

 

“Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında  “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

 

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR