Bank Of Baku

Bakı-2015: Millimizin Atletlər kəndinə köçəcəyi gün açıqlanıb

Bakı-2015: Millimizin Atletlər kəndinə köçəcəyi gün açıqlanıb
# 29 may 2015 13:08 (UTC +04:00)

Bakı – APA. Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının Atletlər kəndinə köçəcəyi gün müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, bu barədə yığmamızın nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib.

 

O bildirib ki, 291 idmançı və 150 rəsmidən ibarət komandamız iyunun 8-də Atletlər kəndinə köçəcək. Mingəçevirdə yarışacaq avarçəkənlər də həmin tarixdə yarış yerinə yollanacaqlar.

 

Bundan 3 gün sonra isə millimizin salamlama mərasimi keçiriləcək. İyunun 11-də baş tutacaq tədbirin saat 18:00-da təşkil olunması planlaşdırılır.

 

Qeyd edək ki, Avropa Oyunları iyunun 12-də start götürəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR