Bakı – APA. Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək triatlonçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı-2015-də ölkəmiz 3 idmançı ilə təmsil olunacaq.
İyunun 13-14-nə təsadüf edəcək triatlon yarışlarında kişilərin mübarizəsində Rostislav Pevtsovla Aleksandr Yatsenko, qadınların yarışında Kseniya Levkovskaya start xəttinə çıxacaqlar.
Qeyd edək ki, Avropa Oyunlarında triatlonçular 2 dəst medalçını müəyyənləşdirəcəklər. Yarışlara ümumilikdə 130 idmançı (65 kişi, 65 qadın) qatılacaq.