Bank Of Baku

Bakı-2015: Türkiyə Avropa Oyunlarına 153 idmançı ilə gəlir

Bakı-2015: Türkiyə Avropa Oyunlarına 153 idmançı ilə gəlir
# 29 mart 2015 09:41 (UTC +04:00)

Bakı – APA. Türkiyə Milli Olimpiya Komitəsi I Avropa Oyunlarında iştirak edəcək idmançılarının sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” yığma iyunun 12-28-də Bakıda keçiriləcək yarışa 153 idmançı ilə qatılacaq.

 

Bu atletlərdən 90-ı kişi, 63-ü qadındı. Komanda Avropa Oyunlarında baş tutacaq 20 idman növündə təmsil olunacaq.

 

Türklər Bakı-2015-də atıcılıqda 4, atletikada 1, bədii gimnastikada 4, basketbolun 3X3 növündə 8 (kişi və qadın komandası), velosiped idmanında 6, boksda 13, qılıncoynatmada 3, güləşdə 24, kanoedə 6, karatedə 11, stolüstü tennisdə 2, kamandan oxatmada 2, çimərlik voleybolunda 4 (2 kişi komandası), samboda 1, sinxron üzgüçülükdə 10, su polosunda 13 (kişi komandası), triatlonda 3, voleybolda 24 (1 kişi, 1 qadın komandası) və üzgüçülükdə 12 idmançı ilə mübarizə aparacaqlar. Qonşu ölkənin yığma millisində 2 paralimpiyaçı cüdoçu da yer alacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR