Bank Of Baku

Bakı 2015 Avropa Oyunlarının diplomatlar üçün təqdimatı keçirilib - FOTO

Bakı 2015 Avropa Oyunlarının diplomatlar üçün təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 14 noyabr 2014 13:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda qeydiyyatdan keçən 70-dən artıq ölkənin səfir üçün Bakı 2015 Avropa oyunlarının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakının idman oyunlarına hazırlığından danışıb.

 

Onun sözlərinə görə, gələn il Bakıda keçiriləcək Avropa oyunları müxtəlif ölkələrlə əlaqələrin qurulmasında, inkişafında çox böyük rol oynayacaq: “2015-ci ilin iyun ayında 17 gün ərzində keçiriləcək yarışlarda Avropanın 6000-dən çox atleti 20 müxtəlif idman növündə Avropa oyunlarına qatılacaq. Bildiyiniz kimi, Azərbaycan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etmiş ölkədir. Bizim əsas məqsədimiz idmanı dünyada və gənclər arasında təbliğ etməkdir. Hazırda Avropa Oyunlarına hazırlıq məqsədilə 18 idman kompleksindən 12-si artıq tikilib və bu iş davam etdirilir”.

 

Bakı 2015 Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə hazırda Bakıda tikilməkdə olan və istifadəyə verilən obyektlərdən danışaraq, oyunların telekanallarda nümayiş olunacağı ölkələri qeyd edib.

 

Sonda Bakı Avropa Oyunları ilə bağlı film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR