Bank Of Baku

Bakıda Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilib

Bakıda Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilib
# 05 aprel 2013 09:54 (UTC +04:00)

Bakı – APA. Bu gün Bakıda Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının növbəti iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, hər il mütəmadi görüşən AOK Olimpiya Oyunları Komissiyasının üzvləri müxtəlif Olimpiya Oyunları haqqında hesabatları müzakirə etməklə yanaşı, Avropa ölkələrinin  Milli Olimpiya Komitələrinə fərqli istiqamətlərdə tövsiyələrlə çıxış edirlər.

 

Olimpiya Oyunları Komissiyasının Bakı yığıncağının əsas müzakirə mövzusu ötən il London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında Komissiyanın işçi heyətinin aparmış olduğu tədqiqat, Avropanın Milli Olimpiya Komitələrinin London 2012-də qazanmış olduqları nailiyyətlər və qarşıda duran vəzifələr olub.

 

London 2012 Yay Olimpiya Oyunlarının təşkilatçılığının keçirilmə səviyyəsi müzakirə olunduqdan sonra, Komissiya üzvləri Avropa Olimpiya Komitəsinin ümumi nailiyyətləri ilə dünya göstəriciləri arasında müqayisəli təhlil aparıblar.

 

Günün ikinci yarısı isə Bakı 2015 Avropa Oyunlarının təşkili ilə əlaqədar olaraq, Olimpiya Komissiyası üzvləri Oyunların keçirilməsi üçün nəzərdə tutulmuş idman obyektlərinə səfər ediblər.

 

 

Qeyd etmək lazımdır ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.

 

Yekunda vurğulanıb ki, Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya Komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasında AR Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən təmsil olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR