APA-nın məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, hətta Yay Olimpiya Oyunlarında belə futbol yarışları rəmzi xarakter daşıyır. Olimpiadaya ölkələrin əsas futbol milliləri deyil, 21 yaşadək futbolçulardan ibarət yığmalar yollanır: “Avropa Oyunlarına gəldikdə, proqrama futzal idman növünün daxil edilməsi təklif olunub. Amma bununla bağlı hələ yekun qərar verilməyib. Bütün bunlar yeni idman növləri ilə bağlı müzakirələr zamanı dəqiqləşəcək”.