Bakı. Məlahət Nəcəfova - APA. BBC kanalının rəsmi internet səhifəsində Avropa Oyunlarının 4-cü yarış gününün yekunları ilə bağlı geniş yazı dərc olunub.
APA-nın məlumatına görə, Britaniya komandasının Avropa Oyunlarında ikinci qızıl medalının taekvondo üzrə yarışlarda Çarli Meddokun qazandığına diqqəti çəkən müəllif gənc atletin fikirlərini bölüşüb. 49 kq çəki dərəcəsində mübarizə aparan Ç.Meddok karyerasında ilk böyük tituluna sahib çıxmaqdan sevinc hissi keçirdiyini deyib: “İnana bilmirəm, bu, heyrətamiz hissdir. Qazandığım bu uğur yalnız başlanğıcdır. Növbəti yarışlarda da bunu davam etdirmək istəyirəm”.
Qeyd edək ki, ilk Avropa Oyunlarında Britaniyanı 13 idman növü üzrə 160 atlet təmsil edir.