Bank Of Baku

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti: “Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək bacarığına malikdir”

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti: “Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək bacarığına malikdir”
# 17 iyun 2015 10:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, Çinq Kuo Vu müsahibəsində Azərbaycanda olmaqdan məmnunluq duyduğunu və boks yarışlarının Avropa Oyunlarında 10 çəki dərəcəsində kişilər və 5 çəki dərəcəsində qadınlar üzrə təmsil olunduğunu deyib: “Boks üçün Avropa Oyunları dünya təqvimində yeni səhifə açır. Bu oyunların Avropadan kənarda da böyük təsirləri var. Açılış mərasimi mənə çox böyük təsir bağışladı. Mən 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarından bu tərəfə heç bir oyunlardan kənarda qalmamışam. Belə hadisələri çox görmüşəm, amma Bakıda keçirilən açılış mənim ən çox bəyəndiyim açılışlardandır. Təşkilatçılar yüksək səviyyədə yeni texnologiyadan istifadə edərək Olimpiya ruhunu və Azərbaycan mədəniyyətini tamaşaçılara çatdırmağı bacardılar”.

 

O,  Azərbaycanın Yay Olimpiya Oyunlarını keçirməyə nə dərəcədə hazır olması məsələsinə də münasibət bildirib: “Bəli, onlar bunu etmək bacarığına malikdirlər. Bu oyunlarda təşkilatçılığın yüksək səviyyədə olması bu sualla bağlı şübhələri aradan qaldırır. Hər şey dəqiq planlaşdırılıb. Avropa Oyunlarından sonra Azərbaycan hər hansı mühüm hadisəni, xüsusilə Olimpiya Oyunlarını qəbul edə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR