Bank Of Baku

Bolqarıstan Milli Olimpiya Komitəsinin prezidenti: “Biz Avropa Oyunlarının təşkilinə heyranıq” - MÜSAHİBƏ

Bolqarıstan Milli Olimpiya Komitəsinin prezidenti: “Biz Avropa Oyunlarının təşkilinə heyranıq” - <span style="color: red;">MÜSAHİBƏ
# 10 iyun 2015 14:02 (UTC +04:00)

Bakı – APA. Bolqarıstan Milli Olimpiya Komitəsinin prezidenti, atletikanın hündürlüyə tullanma üzrə dünya rekordçusu, Olimpiya çempionu, ikiqat dünya və Avropa çempionu Stefka Kostadinovanın apasport.az saytına müsahibəsi

 

- Bakıya 109 idmançı ilə gələcəyiniz planlaşdırılsa da, sonradan bu rəqəm 127-yə çatdırıldı. Bunu nə ilə əlaqələndirirsiz?

 

- Bolqarıstan Azərbaycana böyük nümayəndə heyəti göndərib. Uzun illərdi ki, mötəbər yarışlarda belə heyətə malik olmamışıq.

 

- Avropa Oyunlarda idmançılarınızdan hansı nəticəni gözləyirsiz?

 

- Komandamızda təcrübəli idmançılarla yanaşı, gənc istedadlar da yer alıb. Bəziləri ilk dəfə bu səviyyəli yarışda iştirak edəcəklər. Təmsilçilərimizin titullarından və təcrübələrindən asılı olmayaraq, ən yaxşı titullar üçün mübarizə aparacağına əminəm. Atletlərimiz Bolqarıstanı ən yaxşı şəkildə təmsil edəcək, onlar Bolqarıstan yığmasının formasını şərəflə daşıyıb, ən güclülərdən olmağa çalışacaq. Ümid edirəm ki, idman bəxti də onların tərəfində olacaq. Ən əsası isə onların hamısı yarışdan məmnun qayıdıb, öz nəticələri ilə fəxr edəcəklər.

 

- Bolqarıstanda Avropa Oyunlarının keçirilməsi ideyası və buna Bakının ev sahibliyi etməsi necə qarşılandı?

 

- Biz Avropa Oyunlarının təşkilinə heyranıq və startı səbirsizliklə gözləyirik. İyunun 12-də Bakıda tam yeni formatda yarışların başlamasına şahid olacağıq. Bu turnir idman təqvimindəki boşluqları aradan qaldırmağa xidmət edir. Avropa Oyunları Olimpiya dəyərlərinin və ideyalarının gənclər tərəfindən mənimsənilməsi üçün yeni bir imkan yaradır. Bu yarış Avropa olimpiya komitələrinin yeni layihələrindən biridir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bununla qitənin Olimpiya Hərəkatındakı müsbət dəyişikliklərə nail olub. Yeni strategiyada bu tip bir sıra  tədbirlər nəzərdə tutulub. Bunlar da müxtəlif insanları birləşdirməlidir. Avropa Oyunları Bolqarıstan Olimpiya Komitəsi və bizim Olimpiya ailəmiz üçün də prioritetlərdən biri sayılır.

 

- İlk Avropa Oyunlarının qısa müddətdə ərsəyə gəlməsində Bakının rolunu necə qiymətləndirirsiz?

 

- Azərbaycanla Bakının bu istiqamətdəki işini çox müsbət dəyərləndirirəm. Bütün iştirakçılar, qonaqlara və təşkilatçılara yarışboyu möhtəşəm günlər arzulayıram. Uğurlar olsun, Bakı-2015!

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR