Bank Of Baku

Britaniyalı parlamentar: “Azərbaycan I Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu artıq hazır olan və planlaşdırılan infrastrukturuna görə qazanıb”

Britaniyalı parlamentar: “Azərbaycan I Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu artıq hazır olan və planlaşdırılan infrastrukturuna görə qazanıb”
# 21 noyabr 2013 10:43 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Düşünürəm ki, Azərbaycan 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu artıq hazır olan və planlaşdırılan infrastrukturun imkanlarına görə qazanıb”. Bunu APA-ya açıqlamasında Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə səfiri, parlament üzvü Çarlz Hendri (Charles Hendry) bildirib.

 

Onun sözlərinə görə, iyun ayı ilə müqayisədə oyunlara hazırlıqla bağlı böyük inkişaf əldə olunub: “Burada eyni zamanda London Yay Olimpiadasının təşkil edilməsində çalışan bəzi insanları tanıyıram. Aydındır ki, sizin hökumət bu oyunların təşkil edilməsi üçün ən yaxşı təcrübəyə malik insanları axtarırdı. Hesab edirəm ki, 18 ay ərzində görülməli işlər vaxtında həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR