Bank Of Baku

Bu gün iki azərbaycanlı boksçu yarışlara qatılacaq

Bu gün iki azərbaycanlı boksçu yarışlara qatılacaq
# 18 iyun 2015 07:19 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu gün 1/16 və 1/8 final mərhələlərinin növbəti görüşləri keçiriləcək.

 

Azərbaycan boksçuları da bu gün rinqə çıxacaqlar. Yığmamızın 2 idmançısı rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq.

 

64 kq kq çəki dərəcəsində ölkəmizi Lorenzo Sotomayor təmsil edəcək. Yığmamızın üzvü 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.

 

81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verəcək. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayacaq.

 

Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur. Komandamızın heyətində 10 kişi, 5 qadın boksçu millimizin aktivindəki medal sayını artırmağa çalışacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR