Bank Of Baku

Budapeştdə “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib

Budapeştdə “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib
# 05 mart 2015 10:06 (UTC +04:00)

Bakı – APA. Macarıstan  Milli  Olimpiya Komitəsi Azərbaycan səfirliyi ilə birlikdə “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib.

 

Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Macarıstan MOK-un mənzil-qərargahında baş tutan mərasimdə rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlə və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

 

Macarıstanın İnsan Ehtiyatları Nazirliyinin idman məsələləri üzrə dövlət katibi İştvan Şimiçrko Bakı-2015 Birinci Avropa oyunlarının bu il fevralın 20-də keçirilən təqdimat mərasiminin Budapeştin mədəniyyət və idman həyatında yaddaqalan hadisəyə çevrildiyini bildirib. Macarıstanın 2024-cü il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək niyyətində olduğunu xatırladan dövlət katibi bu məsələdə Bakının təcrübəsindən öyrənməli məqamların çoxluğuna diqqət yetirib. O, macar idmançılarının dost Azərbaycana qələbə əzmi ilə gedəcəyinə, Bakı-2015 yarışlarının Avropanın idman tarixində yeni, diqqətəlayiq səhifəyə çevriləcəyinə əminliyini ifadə edib.

        

Macarıstan MOK-un idman direktoru, Olimpiya çempionu Laslo Fabian isə oyunların təşkili ilə əlaqədar iki dəfə Bakıda olduğunu və bu idman bayramı üçün lazım olan bütün zəruri hazırlıq işlərinin vaxtında başa çatdırılacağını söyləyib. Bakı-2015 Birinci Avropa oyunlarında 190 macar atletinin idmanın 16 növü üzrə mübarizə aparacağını qeyd edən L. Fabian Macarıstanın sonuncu dəfə belə çoxsaylı idmançı heyəti ilə Afinada keçirilən Yay Olimpiya oyunlarında iştirak etdiyini xatırladıb.

 

Sonra Heydər Əliyev Fondu ilə Bakı-2015 Təşkilat Komitəsi tərəfindən tərəfindən hazırlanan və Azərbaycan paytaxtının Birinci Avropa oyunlarına hazırlığını əks etdirən sənədli filmə baxış keçirilib. Macarıstan MOK-un rəsmiləri idmançıların bəzi suallarını cavablandırıblar.

 

Təqdimat mərasimindən əvvəl Bakıya gələcək Macarıstan komandasının 100 üzvü yarışların açılışına 100 gün qalması münasibəti ilə Bakı-2015 sözləri yazılmış idman geyimində Budapeşt küçələrində yürüş ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR