Apasport.az saytının xəbərinə görə, bunu yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elvin Mürsəliyev deyib.
I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində mübarizə aparan Mürsəliyev qızıl medal uğrunda görüşdə Serbiya təmsilçisi Viktor Nemes üzərində qələbə qazanıb. E. Mürsəliyev qələbəni anasına həsr etdiyini bildirib: “Qələbəni anama həsr edirəm. Hər bir idmançının arzusu I Avropa Oyunlarında medal qazanmaqdı. Mən də qızıl medalı qazanmaqla adımı Azərbaycan tarixinə yazdım”.
İdmançımız dövlət başçısı İlham Əliyevə də təşəkkür edib: “Cənab prezidentin bizə göstərdiyi diqqət və qayğı göz önündədi. Dövlət başçısına öz təşəkkürümü bildirirəm. Tamaşaçılar da sağ olsunlar ki, gəlib sona qədər bizə dəstək verdilər. Bu qızıl medalı onlara hədiyyə edirəm”.