Bank Of Baku

Fransa Milli Olimpiya və İdman Komitəsinin İnternet səhifəsi "Azərbaycan – İdman foto obyektivdə" adlı sərgi haqqında məlumat yerləşdirib

Fransa Milli Olimpiya və İdman Komitəsinin İnternet səhifəsi "Azərbaycan – İdman foto obyektivdə" adlı sərgi haqqında məlumat yerləşdirib
# 05 iyun 2015 12:37 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, “Bakı 2015” I Avropa Oyunlarına həsr olunmuş foto sərgi haqqında məlumat Fransa Milli Olimpiya və İdman Komitəsinin rəsmi İnternet səhifəsində "/http://espritbleu.franceolympique.com/espritbleu/actus/5082-lazerbadjan--ct-sport--une-exposition--la-maison-du-sport.html/", həmçinin, qurumun bülletenində və facebook səhifəsində yerləşdirilib.

 

Fransa İdman Evində nümayiş etdiriləcək foto şəkillər 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib.

 

Həmin foto şəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR