Bank Of Baku

Fransa saytı: Nəhayət, Avropanın da multi-idman yarışı oldu

Fransa saytı: Nəhayət, Avropanın da multi-idman yarışı oldu
# 11 iyun 2015 08:32 (UTC +04:00)

Bakı - APA. Fransanın “sports.opera.com” saytı Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirib. APA-nın xəbərinə görə, oyunlar barədə məlumat verən müəllif yazır ki, nəhayət, Avropanın da Olimpiya Oyunları kimi multi idman yarışı oldu.

 
Məqalədə deyilir ki, Avropa Oyunları 2016-cı il Olimpiadasına hazırlıq üçün xüsusi imkandır. Oyunların vasitəsilə Azərbaycanın özü barəsində dünyaya daha geniş məlumat vermək istədiyini qeyd edən jurnalist təəssüflə Azərbaycana qarşı arzuolunmaz diqqətin də yönəldiyini bildirir. Bu cür diqqətin oyunlar ərəfəsi həm Avropa Olimpiya Komitəsi, həm də ev sahibi olan ölkədə təəssüf hissi doğurduğu, lakin oyunların keçirilməsinə heç bir maneçilik törədə bilmədiyi vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR