Bank Of Baku

Gənclər arasında atıcılıq üzrə dünya kuboku iştırakçılarının Qəbələdə təlim-məşq toplanışı başlayıb

Gənclər arasında atıcılıq üzrə dünya kuboku iştırakçılarının Qəbələdə təlim-məşq toplanışı başlayıb
# 16 sentyabr 2016 13:07 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Sentyabrın 17-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında dünya kuboku yarışlarına start veriləcək.

 

APA-nın yerli bürosunun xəbərinə görə “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışlarda iştirak edəcək dünyanın 27 ölkədən 300-ə yaxın idmançı sentyabrın 15-16-da Qəbələyə toplaşıb.

 

Gənc atıcılar bir həftə davam edəcək mötəbər yarışlara hazırlıq məqsədilə Stend və Ox Atıcılığı Kompleksində rəsmi təlim-məşq toplanışlarına başlayıblar.

 

Ayın 17-dən atıcılığın bir neçə növü üzrə dünya kuboku uğrunda yarışlara start veriləcək. Mükafatlar uğrunda 21 yaşadək olan gənc qız və oğlanlar mübarizə aparacaqlar. Yarışlar sentyabrın 23-dək davam edəcək.

 

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR