Bank Of Baku

Həştərxan qubernatoru I Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəlib

Həştərxan qubernatoru I Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəlib
# 12 iyun 2015 11:57 (UTC +04:00)

Bakı – APA. Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.
 

APA-nın məlumatına görə, səfər çərçivəsində açılış Həştərxan nümayəndə heyəti müxtəlif idman növləri üzrə yarışları, xüsusilə də Həştərxan idmançılarının da daxil olduğu Rusiya yığmasının qatıldığı yarışları izləyəcəklər.
 

Qeyd edək ki, bütün Rusiyada olduğu kimi Həştərxan vilayətində Bakıda keçirilən Avropa Oyunları böyük maraqla qarşılanır və dəstəklənir. Belə ki, Bakı-2015 I Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində Həştərxan şəhərində bu Oyunların açılış mərasimi ərəfəsində dəstək aksiyası keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR