Bank Of Baku

I Avropa Oyunlarında daha iki çəki dərəcəsində taekvondoçuların yarışı başlayır

I Avropa Oyunlarında daha iki çəki dərəcəsində taekvondoçuların yarışı başlayır
# 17 iyun 2015 06:51 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.

 

Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha iki üzvü tatami üzərinə çıxacaq. Kişilərin yarışında Ayxan Tağızadə, qadınların mübarizəsində isə Günay Ağakişiyeva qüvvəsini sınayacaq.

 

68 kq çəkidə təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayacaq. İdmançımızın ilk rəqibi sloveniyalı Yure Pantar olacaq.

 

57 kq çəkidə mübarizəyə ilkin mərhələdən başlayacaq Ağakişiyevanın birinci rəqibi serbiyalı Draqana Qladoviç olacaq.

 

Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb. Məhəmməd Məmmədov (58 kq) isə kişilərin yarışında bürünc medal uğrunda döyüşdə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR